Suriya ordusu cümə günü şəhərin atəşə tutulmasına cavab olaraq Hələb yaxınlığında terrorçuların mövqelərinə zərbələr endirib.

Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

“Terrorçu qruplar Hələbin Şihan mahalına bir neçə mərmi atıblar”, – deyə “Ikhbariya” telekanalının xəbərində bildirilir.

“Suriya ordusu Hələbin şimalında və qərbində yerləşən Əl-Mansura və Kafr-Hamra kəndlərində bir dəstə yaraqlıya hücum təşkil edib. Bir neçə yaralı öldürülüb”, – deyə məlumatda qeyd olunub.

İstinadlar Report