Suriya ordusu qanunsuz silahlıların İdlib vilayətindəki Xan-Şeyxune şəhərindəki mövqelərinə hücum edib.

Bildirilir ki, hərbçilər “Ceyş əl-Əhrar” ekstremist qruplaşmasının 3 səhra komandirini məhv edib. Silahlılar Sukeyka şəhərində öldürülüblər.

Xəbərdə həmçinin qeyd edilir ki, hökumət qüvvələri əməliyyatın sonunda düşmənin müdafiə xəttini yarıblar.

“Ceyş əl-Əhrar” ekstremist qruplaşması “Cəbhət ən-Nüsrə”nin mövqeyində döyüşərək bu terror qruplaşmasını müdafiə edir.

Daha əvvəl Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.

İstinadlar Report