Suriya Konstitusiya Komitəsinin ilk iclası oktyabrın 30-na nəzərdə tutulub.

Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen məlumat verib.

O, komitənin BMT himayəsində toplanmasına həm hökumət, həm də müxalifət tərəfindən razılıq verildiyini qeyd edib: “Komitənin qərarları 45 nəfərlik məhdud qrup tərəfindən hazırlanaraq 150 üzvün hamısının iştirakı ilə təsdiqlənəcək. Qərarlar verərkən konsensusa nail olmağa çalışacağıq. Hərçənd komitə üzvlərinin 75 faizi (113 üzv – red.) tərəfindən lehinə səs verilən qərarlar qəbul edilmiş sayılacaq”.

İstinadlar Report