Suriya Ümumi Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan başçılarından birini həbs edib.

Bu barədə SANA agentliyinə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.

Əl-İraqi terror hücumlarının hazırlanmasına da cavabdeh olub.

Bundan başqa, o, Dəməşqin cənubunda yerləşən Seyyidə-Zeynəb məscidində Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.

İstinadlar Report