
İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonada irəliləməsi qəbuledilməzdir.
Bunu Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şaraa Dəməşqdə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlardan sonra deyib.
Əl-Şaraanın sözlərinə görə, İsrail iranlı silahlı birləşmələrin mövcudluğu bəhanəsi ilə bufer zonada irəliləyib.
“Dəməşqin azad edilməsindən sonra bu əsaslandırma artıq yersizdir”, – o vurğulayıb.
Əş-Şaraa qeyd edib ki, beynəlxalq tərəflər Suriyanın 1974-cü il razılaşmasına əməl etməsi və ölkənin BMT qüvvələrini qəbul edib onları müdafiə etməyə hazır olması barədə məlumatlandırılıb.