Suriya Ərəb Respublikasının hərbçiləri İdlib əyalətində “Hayat Təhrir əş-Şam” terror qruplaşmasının 20 silahlısının hücumunu dəf ediblər.

Bu barədə Suriya Ərəb Respublikasında duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.

Onun sözlərinə görə, silahlılar Mellaj yaşayış məntəqəsində hərbçilərin mövqelərinə hücüm ediblər. Suriya hərbçiləri azı 10 terrorçunu zərərsizləşdiriblər, digər silahlılar Ftir yaşayış məntəqəsinə tərəf geri çəkilib.

İstinadlar Report