Suraxanı rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun səhiyyə işçilərini 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

Tədbirdə RİHB-nin müavinləri və şöbə müdirləri, tibb işçiləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

RİH başçısı Əziz Əzizov tədbirdə çıxış edərək çətin və şərəfli peşənin sahibləri olan tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzulayıb. Həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanır. 

Daha sonra çıxış edən rayonun səhiyyə müəssisələrinin əməkdaşları göstərilən diqqət və qayğıya görə başda ölkə başçısı İlham Əliyev olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunublar.