Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq qəsəbələrdə asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma işləri davam etdirilir.

Sürətlə abadlaşan Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır. Qeyd edək ki, hazırda Molla Pənah Vaqif küçəsində 1100 kv.m asfalt örtüyü vurulur.

Həmçinin rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.





İstinadlar Qafqazinfo