“Suraxanı rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran məsələlər” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının, FHN 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbə bələdiyyələrinin sədrləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirib ki, rayonumuzda sakinlərin əksəriyyəti öz evlərini, mənzillərini obyektlərini sığortalamır və hər hansı yanğın hadisəsi və ya digər fövqəladə hal baş verəndən sonra ziyan çəkmiş vətəndaşlar Rayon İcra Hakimiyyətinə müraciət edirlər ki, biz onlara köməklik göstərək. Lakin RİH-ə bu məqsədlər üçün vəsait ayrılmadığından biz sakinlərə yanmış evlərin təmiri, əşyaların alınmasında köməklik göstərə bilmirik. Hesab edirəm ki, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyələri, mənzil-kommunal idarələri sakinlər ilə, digər idarə və müəssisə rəhbərləri isə öz əməkdaşları ilə daha ciddi şəkildə maarifləndirmə işlərini aparmalı, onların yaşayış evlərinin sığortalanmasını təmin etməlidirlər.





İstinadlar Qafqazinfo