Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

1999-cu il təvəllüdlü Quliyev Fərid Niyazi oğlu “Mercedes” markalı avtomobillə piyadanı vurub.

Belə ki, avtomobil Suraxanı rayonu Əmircan qəsəbəsindən Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovnanı vurub. Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

İstinadlar Qafqazinfo