Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilib.

Tədbirdə RİH başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və fəaliyyətlərində uğurlar diləyib.

O, bildirib ki, dövlət qulluğunda çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.

Həmçinin, tədbirdə iştirak edən rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev və müavini Əli Qasımov və digər qonaqlar çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və bildiriblər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir, onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.

Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər.