“3 dekabr – Beynəlxalq əlillər günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlillərinin, Çernobıl qəzasının iştirakçılarının və müxtəlif səbəblərdən əlil olmuş rayon sakinlərinin, Şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar və digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra, Umumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən 3 dekabr – Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunur: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi zamanı imzalanan ilk fərmanlarından biri məhz “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olub. Bu Fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilib.Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiə sisteminin daha da gücləndirilməsində respublika rəhbərinin layihə və təşəbbüsləri mühüm rola malikdir. Məhz Prezident İlham Əliyevin müxtəlif illərdə təsdiq edilmiş sərəncamları ilə ölkədə sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramlarında bu məsələlər özünü qabarıq şəkildə büruzə verir. Heydər Əliyev Fondu tərəfindən Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edilərək ən müasir avadanlıqlarla təchiz olunub. Bu gün Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçir”.

Daha sonra tədbir bədii hissə ilə davam edərək təltifetmə mərasimi keçirilib və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.