
Bakının Suraxanı rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
2016-cı il təvəllüdlü Y. Nəcəfli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.