
Suraxanı Rayon İcra Hakimiyyətində 22 Fevral – Avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub.
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında avtomobil yolları işçilərinin peşə bayramını təbrik edib.
Ə.Əzizov bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də məhz yol infrastrukturunun müasir standartlara cavab verməsidir. Avtomobil yolları işçiləri də yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar.
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrasının fasiləsiz olaraq davam etdirildiyini vurğulayan RİH başçısı Suraxanı rayonunda da vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işlərinin mərhələli şəkildə davam etdirildiyini qeyd edib.
Rayon İcra Hakimiyyətinin müavinləri də çıxış edərək avtomobil yolları işçilərini peşə bayramı münasibətilə rəbrik edib, ən xoş arzularını çatdırıblar.
Sonda Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 7 №-li Yol İstismarı” MMC-nin bir qrup əməkdaşını rayonda aparılan abadlıq-quruculuq işlərində fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.