Daxili İşlər Nazirliyi ötən gün süpürgəçinin ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.

Məlumata görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunun H.Əliyev prospektində saat 9 radələrində qeydə alınıb.

Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.