Ermənistan İstintaq Komitəsi Sünik bölgəsindən olan 19 müxalifətçiyə cinayət işi açıb.

Müxalifətçilər baş nazir Nikol Paşinyanın Sünikə səfəri zamanı ictimai qaydanı pozan kütləvi tədbirlər təşkil etməkdə və dələduzluqda ittiham olunurlar.

Saxlanılanlardan 9-na qarşı cinayət məcəlləsinin “xuliqanlıq”, 10-na isə “ictimai asayişi pozan kütləvi tədbirlərin təşkil edilməsi” maddələri üzrə ittiham qaldırılıb. İstintaq onlardan 8-nin həbsini tələb edir.

Qeyd edək ki, cinayət işi açılanlardan biri Mehri rayonunun icma rəhbəri Mxitar Zakaryandır.

İstinadlar Qafqazinfo