Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

FHN-dən verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. 

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:




İstinadlar Qafqazinfo