Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, “Kia”,”Renault” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası çatdırılıb.
Onların müalicə və müayinələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.