Qonşular arasında düşən mübahisə qanlı sonluqla yekunlaşıb.

Hadisə Corat qəsəbəsində baş verib. Qəsəbə sakini 40 yaşlı  Asif Xəlilov yaşadığı evdə qonşusu 38 yaşlı Ramin  Cəbrayılovla mübahisə edib. Bu zaman Ramin Cəbrayılov bıçaqla Asif Xəlilova bir neçə zərbə endirib. Ağır xəsarətlər alan Asif hadisə yerində ölüb. Ramin Cəbrayılov cinayəti törətdikdən sonra Sumqayıt şəhər polis idarəsinə gələrək könüllü təslim olub.  Ifadəsində saxlanılan şəxs qonşusunu pul borcu üstə vurduğunu bildirib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət məcəlləsinin 120.1 – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.3bicaq2  4