
Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Belə ki, Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Qeyd edək ki, cari il fevralın 19-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla 1982-ci il təvəllüdlü Taleh Əhmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Samirə Məmmədzadəyə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.