
Sumqayıt şəhərində “Opel” markalı avtomobil tamamilə yanıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü İlhamə Tahir qızı Məlikovaya məxsus avtomobil anidən yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.