Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var

“Report” bildirir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Belə ki, Novxanı bağları istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə sərnişin avtobusu toqquşub. Nəticədə üç nəfər Sumqayıt şəhər sakinləri – 1949-cu il təvəllüdlü Nəbiyeva Zibəxanım Ağalı qızı, 1944-cü il təvəllüdlü Zahirova Məsumə Ağəli qızı və 1966-ci il təvəllüdlü Əliyava İlahə Zair qızı ağır xəsarət alıblar.
Yaralılar Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Onlardan Z.Nəbiyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.