Sumqayıt şəhərində kişi 44 gündür itkin düşüb.
Bu barədə “Report” un yerli bürosuna Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.
Qeyd olunub ki, 30.04.2024-cü il tarixdə Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
O evdən çıxarkən əynində qara idman şalvarı,qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.
Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02,(018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.