Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
  • Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
  • 2 əsrlik binada yerləşən uşaq bağçası təhlükəli vəziyyətdə – Nəzarətə götürüldü
  • Corc Dik: Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır, öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadirdir
  • Kiyevə kütləvi hava hücumundan sonra – FOTOREPORTAJ
  • 4-cü kurs tələbəsi qəzada öldü
  • Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 750 manat oğurlayıb
  • Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
  • Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
  • Kannda kinofestivalın bağlanış mərasimi ərəfəsində elektrik enerjisi kəsilib
  • Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
  • 2 əsrlik binada yerləşən uşaq bağçası təhlükəli vəziyyətdə – Nəzarətə götürüldü
  • Corc Dik: Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır, öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadirdir
  • Kiyevə kütləvi hava hücumundan sonra – FOTOREPORTAJ
  • Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
  • Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
  • Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
  • Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video
  • Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
  • Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb
  • Maksimum balı onlar topladı – Foto
  • Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsi erməniləri dəli etdi…
  • Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb
  • Rusiyada miqrantlara 1-dən çox telefon mömrəsi işlətməyi qadağan etmək təklif olunub
  • KİV: Tramp Aİ-dən Çindən idxala yeni rüsumlar tətbiq etməsini tələb edir
  • ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Sumqayıtda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
09/09/2024 11:47
Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video
24/05/2025 12:47
Bakının mərkəzində də maşın kül oldu – Video
23/05/2025 17:44
Lökbatanda avtomobil yandı – Video
23/05/2025 17:07
Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video
23/05/2025 16:11
FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video
23/05/2025 10:14
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video
22/05/2025 22:44
Mingəçevirdə evdə partlayış – Video
22/05/2025 15:02
Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video
22/05/2025 13:14
Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO
22/05/2025 10:23
Prezidentin işgüzar səfərinin – Videosu
21/05/2025 22:41
“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)
21/05/2025 15:02
Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO
20/05/2025 22:29
“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video
20/05/2025 15:44
31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video
20/05/2025 15:11
Qəbələdə ailə evsiz qaldı – Video
20/05/2025 10:37
Bakıda kişi 9 qaşığı niyə udub? – Video
20/05/2025 00:01

Video xəbərlər

  • Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video
  • Bakının mərkəzində də maşın kül oldu – Video
  • Lökbatanda avtomobil yandı – Video
  • Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video
  • FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

24/05/2025
16:13 Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
16:11 Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
16:08 2 əsrlik binada yerləşən uşaq bağçası təhlükəli vəziyyətdə – Nəzarətə götürüldü
16:05 Corc Dik: Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır, öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadirdir
15:47 Kiyevə kütləvi hava hücumundan sonra – FOTOREPORTAJ
15:20 4-cü kurs tələbəsi qəzada öldü
15:17 Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 750 manat oğurlayıb
15:05 Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
14:59 Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
14:53 Kannda kinofestivalın bağlanış mərasimi ərəfəsində elektrik enerjisi kəsilib
14:44 Rumıniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar mayın 27-də başlayacaq
13:59 Hakan Fidan Rusiyaya səfər edəcək
13:57 Kubrikin malikanəsi 9 milyon dollara satılır – Fotolar
13:44 Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:41 Tailandda polis helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
13:35 Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
13:29 Qonşusu ilə dalaşan məktəb direktoru cərimələndi
13:17 Şahin Bağırov müavininin rütbəsini qaldırdı – Foto
13:02 Bazar gününün havası – 28° isti
12:47 Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video
12:23 Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:59 Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
11:49 Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
11:47 Bu ərazilərə yağış yağır
11:41 Dələduzluqlar davam edir – 20 manatdan 1200-ə qədər
11:32 Həmin körpünün tikintisində ölüm
11:23 Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb
11:20 Maksimum balı onlar topladı – Foto
11:17 Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:05 Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib
10:56 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:46 Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsi erməniləri dəli etdi…
10:29 Bakıda idman meydançasında meyit tapıldı
10:20 Azərbaycan Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib
10:14 Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb
10:05 Azərbaycanda hazırda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
10:02 Türkiyə 2023-cü ildən indiyə qədər beynəlxalq axtarışda olan 337 şəxsi tutaraq ölkəyə gətirib
09:53 Rusiyada miqrantlara 1-dən çox telefon mömrəsi işlətməyi qadağan etmək təklif olunub
09:47 Əraqçi: İran atomdan dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır
09:38 Qazaxıstanda polis mənzildən 83 vedrə marixuana müsadirə edib
09:14 Qobustanda iki maşın toqquşub, xəsarət alan var
08:47 KİV: Tramp Aİ-dən Çindən idxala yeni rüsumlar tətbiq etməsini tələb edir
08:20 ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
07:50 Trampın təzyiqləri ‘iPhone’ qiymətlərini ‘kəllə-çarxa’ qaldıra bilər
07:23 Filippin sahilində zəlzələ olub
06:32 KİV: ABŞ və İran nüvə proqramı üzrə çərçivə sazişi razılaşdırmağa çalışırlar
06:29 Sağlamlığınız üçün tut yeyin
05:32 ABŞ-nin Aİ-yə qarşı rüsumları Almaniyaya 2028-ci ilin sonunadək 200 milyard avroya başa gələ bilər
04:50 ABŞ Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketini 180 günlük müddətə ləğv edib
03:32 BMT Baş katibinin xüsusi elçisi Dəməşqdə Suriyanın təhlükəsizliyi və sabitliyini müzakirə edib
02:56 Tramp ABŞ-nin nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis edib
02:02 ABŞ 25 il ərzində AES-lərdə elektrik enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır
01:44 Tramp Aİ-yə qarşı rüsumlar barədə qərarını yenidən nəzərdən keçirməyəcək
00:35 “Mənə işgəncə verib, bıçaqla vurub” – Xalq Artisti keçmiş ərindən danışdı
23/05/2025
23:52 Tofiq Musayev UFC-də!
23:50 Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
22:44 ABŞ məhkəməsi Trampın Harvarda əcnəbi tələbə qəbulu qadağasını dayandırıb
22:32 Lavrov: Rusiya əsir mübadiləsindən sonra Ukrayna ilə nizamlanma təkliflərini təqdim edəcək
22:28 Qarabağın işğalında iştirakını etiraf etdi
22:26 Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Sumqayıtda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO

Hadisə 09/09/2024 11:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuş 1988-ci il təvəllüdlü Sakit Musayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun üzərindən və evindən ümumilikdə 50 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və metamfetamin aşkarlanaraq götürülüb:

“S.Musayev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
İstintaq araşdırmaları zamanı ortaya çıxan sübutlar S.Musayevin narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəbəkənin əsas üzvlərindən biri olduğunu təsdiqləyib”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
S.Musayevin üzvü olduğu narkoşəbəkənin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video

Multimedia 24/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb. 

Bu barədə İTV sujet hazırlayıb. 

Bu heyvanın ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.

Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət məhz toyuq ətinə bənzər təamdır: “Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır”. 

Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar. 

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır: “Saxlanılma temperaturuna diqqət yetirilməlidir. Bununla yanaşı, məhsulun donu açılıb sonra yenə dondurularsa, onun tərkibindəki mikroorqanizmlər çoxalır, bu da zəhərlənməyə səbəb ola bilər”. 

Həkim-terapevt Zakir Quliyev isə daha ciddi məqama diqqət çəkir: “Qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər”.

Oxumağa dəyər:   Fransa XİN başçısı gələn həftə Ermənistana səfər edəcək

Daha ətraflı videomaterialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakının mərkəzində də maşın kül oldu – Video

Multimedia 23/05/2025 17:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Səbail rayonunda “Audi” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu yanıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Lökbatanda avtomobil yandı – Video

Multimedia 23/05/2025 17:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün paytaxtın Qaradağ rayonunda avtomobil yanıb.

Lökbatan qəsəbəsi ərazisində minivan tipli avtomobil alovlanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və alovun genişlənməsinin qarşısı alınıb.

Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

Yanğının görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video

Multimedia 23/05/2025 16:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub.

Küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Şəhərin küçələrində cari il ərzində ümumilikdə 140 paqonometr, 501 paqonometr, 13.5 paqonometr və 274 paqonometr müxtəlif diametrli su xətləri təmir edilib.

Şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb. Şəhərin Heydər Əliyev və Tofiq İsmayılov küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan xətlər, çoxmənzilli yaşayış binalarının zirzəmisində isə tullantı su boruları təmir edilib. Şəhər ərazisində baş vermiş tutulmalar və kanalizasiya xətləri iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib.

Bununla yanaşı, 63 nəzarət quyusu xüsusi maşınla çikrabdan təmizlənib, 1270 paqonometr kanalizasiya xətti yuyulub, yuyulma nəticəsində 76 kub metr çirkab su kənarlaşdırılıb. İçməli su xətlərində 598, kanalizasiya xətlərində 528 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb.

Oxumağa dəyər:   Dələduzluqlar davam edir - 20 manatdan 1200-ə qədər

Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov cari ildə görülmüş işlər barədə məlumat verərək bildirib ki, şəhərdə əhalinin su ilə təminatı üçün Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirir. Abonentlər şəhər ərazisindən keçən 1200 millimetrlik Şirvan-Muğan xəttindən ayrılmaqla 710 millimetrlik,  450 millimetrlik və 410 millimetrlik xətlərlə üç istiqamətdə içməli su ilə təmin olunur.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Layihəyə uyğun olaraq şəhərin müxtəlif küçələrini əhatə etməklə 606 paqonometr müxtəlif diametrli yeni su xətti, 2379 paqonometr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilib, 241 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 232 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 11083 kvadratmetri bərpa edilib.

Oxumağa dəyər:   Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək

Fərhad Hüseynovun sözlərinə görə, Şirvan şəhərində “2025-ci il Dövlət layihəsi” çərçivəsində su və kanalizasiya çəkilişi bir neçə küçədə başa çatıb. Məhəmməd Əsədov, Şirvan, Şəhidlər və Mehdi Hüseyn küçələrində işlər tamamlanıb. 580 sayğac quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, abonentlərə göstərilən su və tullantı su xidmətlərinin dayanıqlılığını təmin etmək məqsədilə Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəbəkələrə daimi nəzarət həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Multimedia 23/05/2025 10:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib.

Bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib.

Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video

Multimedia 22/05/2025 22:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.

Gəncə Gömrük İdarəsinin yaxınlığında, yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahtlığa çevrilməyə başlayıb.

Uzun müddətdir həllini tapmayan problem TIR sürücüləri ilə yanaşı, ətraf ərazidə yaşayanlar üçün də ciddi naratlığa səbəb olub.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir:

“Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb”.

Oxumağa dəyər:   Corc Dik: Azərbaycan İsrailin etibarlı tərəfdaşıdır, öz gələcəyini müstəqil şəkildə müəyyən etməyə qadirdir

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mingəçevirdə evdə partlayış – Video

Multimedia 22/05/2025 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88kv.m. olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

Multimedia 22/05/2025 13:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

Qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO

Multimedia 22/05/2025 10:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Cənubi Qafqazın ən iri polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra — BSC) ətraf mühitin mühafizəsi və ekoloji standartlara uyğunluğun təmin edilməsi istiqamətində daha bir mühüm addım ataraq, növbəti genişmiqyaslı layihəni uğurla başa çatdırıb.

BSC Elektrik poladəritmə sexində yaranan qazların tozdan və bərk hissəciklərdən təmizlənməsini və filtrasiyasını təmin edən, eləcə də tullantıların atmosferə atılmasının qarşısını alan Qaz-Toz Tutucu Qurğusunu (QTTQ) modernizasiya edib.

Layihə İsveçrənin “AS Metals Technologies” SA şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Texniki layihələndirmə mərhələsi bir ildən çox davam edib, montaj və sazlama işləri, bu cür irimiqyaslı layihəyə nəzərən istehsalatda mümkün minimum fasilələrlə, 2025-ci ilin əvvəlində uğurla tamamlanıb.

Kompleks modernizasiya işləri QTTQ-nin istismarını metallurgiya prosesinin müxtəlif mərhələlərində əhatə edir. Belə ki:

  • Elektrik-qövs sobasında poladın əridilməsi. Poladəritmə sobasından və sobanın ətrafından tozun sovrulma intensivliyini artırmağa imkan verən ilkin qaz bacası xəttinə əlavə olaraq əsas və gücləndirici ventilyatorlar quraşdırılıb.
  • Soba-çalov qurğusunda sobadankənar polad emalı. Qazların daha yaxşı tutulması üçün yeni çətir, qaz axınını artırmaq üçün əlavə gücləndirici ventilyatorlar, qaz axınının istiqamətinə nəzarəti təmin edən su soyutma sisteminə malik yeni mexanikləşdirilmiş çalov qapağı istismara verilib.
  • Ümumi sex sahəsi. Sexin ümumi sahəsindən qeyri-mütəşəkkil tozu kənarlaşdırmaq üçün aerator quraşdırılıb və QTTQ-nin ümumi sisteminə qoşulub.
  • Tullantıların filtrasiyası sistemi. Yaranan şlamların və tozların toplanması üçün filtrlərin (5000-ə qədər) və çənlərin sayı (16-ya qədər) artırılıb.
  • Bundan əlavə, QTTQ-nin avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib ki, bu da sistemin müxtəlif komponentlərinin işini optimallaşdırmağa və xaric olan qazların və tozun daha iri həcmdə təmizlənməsinə imkan verir.
Oxumağa dəyər:   Fransa XİN başçısı gələn həftə Ermənistana səfər edəcək

Nəticədə, sexdə istehsalat heyətinin iş şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb; atmosferə atılan tozun miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun olan səviyyəyə qədər azaldılıb.

Eyni zamanda, tullantıların idarə edilməsi sahəsində beynəlxalq ISO standartlarına uyğun olaraq, QTTQ tərəfindən toplanan şlam və tozun bir hissəsi ayrı-ayrı material növləri üçün xammal kimi emala göndərilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək edir.

Layihə texniki səviyyəsinə və funksional imkanlarına görə regionda ilk nümunələrdən biri hesab olunur. Belə ki:

  • Metallurgiya istehsalında yaranan qazların təmizlənməsi üçün qurğunun ümumi gücü təxminən iki dəfə – 930.000 m³/saatdan 1.700.000 m³/saatadək artırılıb.
  • Quraşdırılmış metal konstruksiyaların ümumi ağırlığı 200 tona çatır.
  • Layihəyə 100-ə yaxın insan cəlb edilib, onlardan 50 nəfəri podratçı olan kənar təşkilatların əməkdaşlarıdır (avadanlığın montajı mərhələsində 4 yerli podratçı şirkət iştirak edib). Layihə üzrə ümumi iş yükü təxminən 25.000 adam/saat təşkil edib.
Oxumağa dəyər:   "Mənə işgəncə verib, bıçaqla vurub" - Xalq Artisti keçmiş ərindən danışdı

BSC ətraf mühitə təsiri minimuma endirmək, tullantıların davamlı və səmərəli idarə olunmasını təmin etmək, eləcə də ekoloji qanunvericiliyin tələblərinə tam riayət etmək üçün daim istehsal proseslərini müasirləşdirir. Şirkət gələcəkdə də “yaşıl” təşəbbüslərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və sənayenin dayanıqlı inkişafında liderliyini qorumağı hədəfləyir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin işgüzar səfərinin – Videosu

Multimedia 21/05/2025 22:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.

Prezidentin səfərindən hazırlanmış videoçarx dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb.

Həmin videonu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)

Multimedia 21/05/2025 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir.

Iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan görüşüblər və onlar arasında maraqlı dialoq baş tutub.

Ərdoğan İlham Əliyevə yaxınlaşaraq onu təbrik edib, nəvələrinin sayının 9-a çatdığını bildirib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Multimedia 20/05/2025 22:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

ilə Talıbzadə qeyri-rəsmi nikahda yaşayıb.

Maraqlıdır ki, Seyidrəsulun ilə necə ailə qurması heç kimə məlum deyil.

Ətraflı süjetdə: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

Multimedia 20/05/2025 15:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

Silsilə əməliyyatlar paytaxtda və bölgələrdə keçirilib.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Multimedia 20/05/2025 15:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Toğrul Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.

O, 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir.

Bu, sadəcə bir gəncin uğur hekayəsi deyil – bu, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır.

Sən də yoluna peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qəbələdə ailə evsiz qaldı – Video

Multimedia 20/05/2025 10:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qəbələ rayonu, Kürd kəndində ev yararsız hala düşüb.

Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Multimedia 20/05/2025 00:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.

Kişi elə qaşıqları da orada olarkən udub.

“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 24/05/2025 12:47

Bakıda məşhurlaşan qurbağa əti – “Zəhərli maddələr çoxdur “+Video

Read more
Multimedia 23/05/2025 17:44

Bakının mərkəzində də maşın kül oldu – Video

Read more
Multimedia 23/05/2025 17:07

Lökbatanda avtomobil yandı – Video

Read more
Multimedia 23/05/2025 16:11

Şirvan əhalisinin su təchizatı yaxşılaşdırılır – Video

Read more
Multimedia 23/05/2025 10:14

FHN Gəncə məktəblərində tədbirlər keçirdi – Video

Read more
Multimedia 22/05/2025 22:44

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video

Read more
Multimedia 22/05/2025 15:02

Mingəçevirdə evdə partlayış – Video

Read more
Multimedia 22/05/2025 13:14

Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

Read more
Multimedia 22/05/2025 10:23

Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO

Read more
Multimedia 21/05/2025 22:41

Prezidentin işgüzar səfərinin – Videosu

Read more
Multimedia 21/05/2025 15:02

“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)

Read more
Multimedia 20/05/2025 22:29

Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Read more
Multimedia 20/05/2025 15:44

“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

Read more
Multimedia 20/05/2025 15:11

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Read more
Multimedia 20/05/2025 10:37

Qəbələdə ailə evsiz qaldı – Video

Read more
Multimedia 20/05/2025 00:01

Bakıda kişi 9 qaşığı niyə udub? – Video

Read more
Multimedia 19/05/2025 12:56

Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Read more
Multimedia 19/05/2025 12:35

Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Read more
Multimedia 19/05/2025 10:02

Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Read more
Multimedia 18/05/2025 23:05

35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Read more
Multimedia 17/05/2025 11:56

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Read more
Multimedia 16/05/2025 22:11

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Read more
Multimedia 16/05/2025 19:41

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Read more
Multimedia 16/05/2025 16:11

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Read more
Multimedia 16/05/2025 15:10

Prezidentləri güldürən sürpriz… – Video

Read more
Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla