44 günlük Vətən müharibəsində böyük şücaət göstərmiş şəhid Əbil Qədir oğlu Cəbizadə və şəhid kapitan Anar Bəhruz oğlu Heydərovun ata-baba yurdu olan Corat qəsəbəsində xatirəsinə həsr olunan barelyef qoyulub.

Barelyefin açılış mərasimində hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışılıb.

Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb.

“Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi”, – tədbirdə qeyd olunub.

Anım mərasimində şəhid valideynləri adından çıxış edən Qədir Cəbizadə bildirib ki, 44 günlük Vətən müharibəsində oğullarımızın bu qəhrəmanlığı indiki gənc nəslə bir nümunədir.

Qeyd edək ki, bu gün həmçinin şəhid Əbil Qədir oğlu Cəbizadənin doğum günüdür.

İstinadlar Report