Sumqayıtda qadın kirayə qaldığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb.

Şəhər sakini, 1996-cı il təvəllüdlü Quliyeva Nigar İsa qızı yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.

Yaralı xəstəxanaya çatdırılıb.

İstinadlar Report