Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilərək məhv edilib.

Hadisə Sülh küçəsində, 30-cu məhəllə ərazisində baş verib. Elektrik mişarı vasitəsilə yaş köküstə, bioloji inkişafda olan 50 illik şam və küknar ağacları doğranaraq məhv edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.



İstinadlar Xeberle