AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • ABŞ Ukraynaya döyüş təyyarələri verməyəcək
  • Tanınmış həkim uşaqlarına aliment vermir?
  • Kolumbiyada silahlı qarşıdurmada 10 nəfər ölüb
  • ABŞ-da baş verən atışmada 9 nəfər yaralanıb
  • Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb
  • Bloomberg: Almaniya Rusiyadan LNG idxalını məhdudlaşdırmaq istəyir
  • Bayden Niderlandın baş naziri ilə Ukraynaya silah tədarükünü müzakirə edib
  • Politico: Stoltenberq NATO-nun baş katibi vəzifəsində qalmaq istəyir
  • Ötən il Ukraynadan Aİ-yə buğda idxalı 10 dəfə artıb
  • ABŞ Ukraynaya “Bradley” PDM-lərinin ilk partiyasını göndərib
  • ABŞ Ukraynaya döyüş təyyarələri verməyəcək
  • Tanınmış həkim uşaqlarına aliment vermir?
  • Kolumbiyada silahlı qarşıdurmada 10 nəfər ölüb
  • Bloomberg: Almaniya Rusiyadan LNG idxalını məhdudlaşdırmaq istəyir
  • Ötən il Ukraynadan Aİ-yə buğda idxalı 10 dəfə artıb
  • ABŞ Ukraynaya “Bradley” PDM-lərinin ilk partiyasını göndərib
  • Şəhidimizin tabutu İran əsgərlərinə belə etibar edilməyib – Video
  • Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
  • Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək
  • Aİ İranın PUA istehsal edən dövlət korporasiyasına qarşı sanksiyalar tətbiq edib
  • Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələrdə Laçın yolunun bağlı olmasını təkzib edib
  • Erməni silah alverçisi David Qalstyan saxlanıldı
  • Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycan ekologiyasına vurduğu ziyan nümayiş etdirilib
  • İsrail Ukraynaya üç zirehli tibbi maşın verib
  • Yunanıstanda dənizə düşən “F-4” qırıcısının pilotlarından biri ölüb
  • “Son on ildə İlham Əliyevdən o qədər çox şey öyrənmişəm ki…”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Sumqayıtda evlərdən və marketlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb – VİDEO
03/12/2022 13:26
Şəhidimizin tabutu İran əsgərlərinə belə etibar edilməyib – Video
31/01/2023 01:20
18 ildir kişi kimi yaşayır… – Video
30/01/2023 21:49
“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video
30/01/2023 16:21
Amerikalı müğənni vəfat etdi – VİDEO
30/01/2023 09:56
Yaralılar Bakıya belə gətirildi – Video
29/01/2023 22:53
Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video
29/01/2023 17:56
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
29/01/2023 17:47
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
29/01/2023 15:04
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO
29/01/2023 06:59
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
28/01/2023 10:47
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
28/01/2023 10:30
“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
28/01/2023 09:32
İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO
27/01/2023 23:09
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
27/01/2023 21:31
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
27/01/2023 20:23
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
27/01/2023 18:04

Video xəbərlər

  • Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO
  • Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video
  • Binəqədidə hərbi sursat aşkarlanıb – VİDEO
  • Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib” – VİDEO
  • Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

03/02/2023
16:44 Bu avtobusların hərəkət sxemi dəyişdirilir
16:43 Yasamal Rayon İcra Hakimiyyətindən ağacların kəsilməsi iddiasına – Cavab
16:41 İpoteka və Kredit Zəmanət Fondu Xırdalanda 50 kirayə mənzili satışa çıxarıb
16:38 ABŞ Dövlət Departamentinin nümayəndəsi: “SGC-nin gələcəkdə daha da genişlənəcəyinə ümid edirik”
16:32 “Qanlı göl”ün adı dəyişdirilir?
16:08 “Yeni tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir” – RƏY
16:02 EBRD aqro sahəsində fəaliyyət göstərən startapları maliyyələşdirəcək
15:59 QHT sədri: “Qış ekoməktəbinin iştirakçıları azərbaycanlı fəalları dəstəkləyirlər”
15:58 Azərbaycan şalot soğanı idxalını gömrük rüsumundan azad edib
15:56 Soğan gömrük rüsumundan azad edildi
15:52 Soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib 
15:50 Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək
15:41 Ukraynada Krım və Donbasın azadlığı üçün yeni hücum briqadaları yaradılır
15:38 “Ölkəmizə qarşı qara piar kampaniyası iflasa uğradı” – RƏY
15:35 Prezident səfirlikdəki terror aktının qarşısının alınmasında iştirak etmiş şəxsləri təltif etdi
15:32 “Açıq qapı” aksiyasında ünvanlanan müraciətlərin sayı və səbəbləri açıqlandı – Fotolar
15:28 Ukrayna XİN başçısı: “İranla diplomatik əlaqələri hər an kəsə bilərik”
15:26 “Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirən layihədir”
15:08 XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb
15:02 Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb – VİDEO
14:53 Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi – Foto
14:49 Aİ komissarı: “Azərbaycanla Avropa İttifaqı arasında artan əməkdaşlıq diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür”
14:47 Siyarto: “Məqsədimiz Azərbaycan təbii qazının Macarıstan bazarına çatdırılmasını təmin etməkdir”
14:44 Kadri Simson: “Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər”
14:41 Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
14:35 Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçıb?
14:31 NATO: “Rusiya Yeni START Müqaviləsindən irəli gələn öhdəliklərinə əməl etmir”
14:29 Cilberto Piketto Fratin: “İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır”
14:26 Ceyhun Bayramov macarıstanlı həmkarını qarşılayıb
14:14 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib
14:11 Azərbaycanlı hərbçi: “Türkiyə ordusu ilə birgə təlimlərdə iştirak etmək bizim üçün şərəfdir”
14:10 “Final çay iç, Finalda Qazan”da 3 – Foto
14:08 Azərbaycan və Aİ “yaşıl enerji”nin ötürülməsi üçün fəaliyyətlərini intensivləşdirir
13:53 Prezident qəbullar keçirdi
13:50 Kadri Simson: “Azərbaycanın Aİ ölkələrinin qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndiririlir”
13:47 “Heydər Əliyev – 100 ilin xatirəsi” adlı tədbir keçirildi – Fotolar
13:35 Aİ: “Rusiyada danışıqlarla bağlı siyasi iradə yoxdur”
13:23 Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
13:22 Cinayət əməlində təqsirləndirilən narkotik aludəçisi ölüb
13:20 Aİ komissarı: “Avropa və Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması məsələsində yekdildir”
13:17 Peşəkar milli teatrın 150 illik yubileyi qeyd ediləcək – Sərəncam
13:11 Ramin Bayramlı uzun müddət sonra görüntüləndi – Fotolar
13:08 Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşib
13:07 İlham Əliyev: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”
13:05 Gözəllik salonundan 12 kq narkotik çıxdı – Fotolar
13:04 Logistika sahəsində KOB-ların fəaliyyəti müzakirə edilib
13:02 Azərbaycan Prezidenti: “Qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
12:58 Sabah 14° şaxta olacaq
12:56 Regina Kovalyova: “Laçın yolu blokadaya alınmayıb”
12:53 Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir
12:46 İlham Əliyev: “Maliyyə təsisatları ilə məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”
12:44 Şarl Mişel Kiyevə gedib
12:43 Rumıniyanın enerji naziri: “Cənub Qaz Dəhlizi özünün strateji əhəmiyyətini doğrultdu”
12:41 Bakıda yanğın təhlükəli daha bir obyektin fəaliyyəti dayandırılıb
12:33 Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyindən daddı
12:32 “Azərişıq” azad edilmiş ərazilərdə abonentlərinin sayını açıqlayıb
12:31 “Azərişıq” ötən il elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib
12:28 Prezident: “Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir”
12:26 Mövlud Çavuşoğlu: “Türkiyədə xarici diplomatik missiyaların bağlanması məqsədlidir”
12:23 Ararat Mirzoyan 280 min dollara malikanə alıb – Video

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Sumqayıtda evlərdən və marketlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb – VİDEO

Hadisə 03/12/2022 13:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinssin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.

Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa dəyər:   İslandiya XİN: "Diplomatik missiyalara hücumlar qəbuledilməzdir"

Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhidimizin tabutu İran əsgərlərinə belə etibar edilməyib – Video

Multimedia 31/01/2023 01:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.

Şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.

Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.

Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.

Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

18 ildir kişi kimi yaşayır… – Video

Multimedia 30/01/2023 21:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.

Adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.

Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.

8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi isə hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.

Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Multimedia 30/01/2023 16:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektinin Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində həftədə 2-3 qəza hadisəsi baş verir. Artıq o yoldan istifadə etməyə qorxuruq”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, ən son yanvarın 28-də iki qəza baş verib: “Bu qəzalara səbəb işıqforun olmamasıdır. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun mütəxəssisləri qeyd olunan yol kəsişməsində təhlillər aparıb və svetofor obyektinin quraşdırılması məqsədəuyğun hesab edilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün Dövlət Yol Polisinə təqdim ediləcək. Həmçinin, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsində zəruri olan yol nişanları da təmin olunacaq”.

Oxumağa dəyər:   Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

Lamiyə Məmmədova

 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Amerikalı müğənni vəfat etdi – VİDEO

Multimedia 30/01/2023 09:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Amerikalı müğənni Barrett Stronq yanvarın 29-da dünyasını dəyişib.

Bu barədə “Motown Records” səsyazma kompaniyasının muzeyi tviterdə bildirib.

O, 81 yaşında vəfat edib.

Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda “Money” mahnısını yazdırıb. Sözügedən mahnı bir müddət sonra rok klassikasına çevrilib. Onu “The Beatles” və “The Rolling Stones” kimi qruplar da ifa edib. 2011-ci ildə “Rolling Stone” jurnalı kompozisiyanı bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında 294-cü yerə layiq görüb.  

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yaralılar Bakıya belə gətirildi – Video

Multimedia 29/01/2023 22:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşları da Bakıya gətirilib.

“Qafqazinfo” Heydər Əliyev Beynəlxalq Hava Limanından həmin anın görüntülərini təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Multimedia 29/01/2023 17:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasim iştirakçılarına Vətən müharibəsi şəhidinin ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Multimedia 29/01/2023 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına E.Şükürlünün ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxumağa dəyər:   İslandiya XİN: "Diplomatik missiyalara hücumlar qəbuledilməzdir"

Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 29/01/2023 15:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

“Report” nazirliyə isitnadən icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Multimedia 29/01/2023 06:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin xanımı Kəmalə Allahyarova bir neçə ay əvvəl Şahin Allahyarovun şəhadətə qovuşduğu Şuşanı ziyarət edib.

“Qafqazinfo” şəhidin xanımının Şuşa təəssüratları ilə bağlı yazısını təqdim edir.

Son bir ildə dəfələrlə Şuşaya getməyi arzulamışdım. Amma həm də, tərəddüd edirdim. Öz-özümə suallar verirdim: Görəsən, o müqəddəs məkana getməyə hazırammı? 

Bir anlıq gözümü yumub özümü hələ yalnız televizorda, internetdəki videolarda gördüyüm sıldırım qayaların zirvəsində, Cıdır düzündə, İsa bulağında təsəvvür edirdim. Ürəyim əsirdi, gözlərim dolurdu, qəribə bir həyəcan basırdı məni. 

Şuşa mənim üçün təkcə Zəfər tariximiz, Qarabağın incisi, müqəddəs torpaq deyildi. Şuşanı mənim üçün daha da müqəddəsləşdirən şəhidimin – həyat yoldaşım Şahin Allahyarovun son döyüş ünvanı, son nəfəsini verdiyi yer, şəhadətə qovuşduğu məkan olması idi. Yüzlərlə qəhrəmanımız, şəhidimiz kimi, mənim Şahinimin də qanı bu müqəddəs torpağa tökülmüşdü.

Elə bilirdim, Şuşaya ayaq basanda Şahinin ruhu məni qarşılayacaq, məni salamlayacaq. Bunları xəyal etdikcə, daha çox duyğulanırdım, daha çox həyəcanlanırdım. 

Oxumağa dəyər:   Həftəsonu Azərbaycanda 27,6 kq-a yaxın narkotik aşkarlanıb

Aradan keçən uzun zamandan sonra nəhayət cəsarətimi toplayıb, Şuşaya gedəcəyimə qərar verdim. Gün təyin olundu və bizim Bakıdan yola düşməyimiz üçün məkan seçildi. Bu məkandan Şuşaya yola düşənlərin hamısını birləşdirən də Şuşa idi. Müqəddəs məkana üz tutanlar şəhid ailələri, həm də əzizini bu müqəddəs şəhər uğrunda gedən döyüşlərdə şəhid vermiş ailələr idi. 

Kimisi övladını, kimisi qardaşını, kimisi də həyat yoldaşını şəhid vermişdi. Bu gün biz hamımız bu doğma və müqəddəs məkana əziz şəhidlərimizin ruhunu salamlamağa gedirdik. Onların necə bir yerdə döyüşdüklərini, qəhrəmanlıqlarını, şəhadətə qovuşma anlarını görməyə, hiss etməyə gedirdik.

Biz həyəcanlandıqca, sanki zaman keçmək bilmirdi. 

İşğaldan azad olunmuş, ermənilərin viran qoyduğu torpaqlara daxil olduqca, Şuşaya yaxınlaşdıqca həyəcanım artırdı. Dağlı, dərəli, piyada keçilməsi çox çətin olan bu torpaqları gördükcə, dəhşətə gəlirdim. Bizim saatlardır maşınla getdiyimiz və bitməyən bu əraziləri bizim əzizlərimiz necə gəlmişdilər? Günlərlə ac-susuz, yorğun amma bir an belə dayanmadan, güllələrin altında hər an ölə biləcəklərini gözə alaraq, bir addım belə geriyə atmadan bu çətin relyefli əraziləri necə keçmişdilər? 

Bu oğullar necə böyük bir sevgiylə bu Vətəni sevirmişlər, İlahi! Hər qarışına şəhidlərimizin qanı tökülmüş, hər qarışı can, qan bahasına azad olunan bu torpaqlardan keçdikcə, Şahinin böyük Vətən sevgisini daha dərindən anlamağa çalışıram və ona, şəhidimlə birgə bu torpaqlarda canından keçmiş igidlərimizə heyranlığım daha da artır. Gözlərimi yumub bir anlıq burada gedən qanlı döyüşləri xəyal etməyə çalışıram, xəyal etdiklərim belə məni dəhşətə gətirir, tez gözlərimi açıram.

Oxumağa dəyər:   Hakerlər İranın ən böyük mobil operatorunun məlumat bazası barədə məlumatları yayıblar

Bələdçi elan edir: Şuşaya yaxınlaşırıq! Həyəcanım bir qədər də artır, gözlərim dolur. Qızğın döyüşlər vaxtı Şahinin bir telefon zəngində dediyi sözlər yadıma düşür: “Qalib gələk, müharibə qurtarsın, səni Şuşaya gəzməyə gətirəcəm!”. 

Hıçqırtı məni boğur, hönkürmək istəyirəm, birtəhər özümü sakitləşdirirəm. Şuşaya daxil oluruq – 30 il həsrəti ilə yanıb-yaxıldığımız, şəninə mahnılar, dastanlar yazılan, sıldırım qayaları adamı vahimələndirən, yaşıl meşələri göz oxşayan müqəddəs şəhərə. Mənfur düşmən nə qədər darmadağın etsə də, Şuşa mahnılarda, şeirlərdə deyildiyi kimi gözəldir, əzəmətlidir, vüqarlıdır. 

Öz müdrikliyindən bircə damcı da əksiltməyib, şəhid qanı daha da müqəddəsləşdirib bu gözəl diyarı. Qarabağın gözü, Azərbaycanın Cənnət diyarı Şuşa! Hər zaman kitablardan oxuduğum Şuşanı artıq canlı-canlı görürdüm. İşğal olunduğu tarix mənim yaşımdan belə böyükdür. 

Avtobus Şuşanın dolambaclı, əsrarəngiz küçələrini keçərək, bizi əvvəldən müəyyən edilən əraziyə doğru aparır. Avtobusun pəncərəsindən baxdıqca, hər küçədə, hər evin qapısında müharibənin izləri görünür. Burda döyüşən Azərbaycan oğulları öz izlərini, imzalarını qoyublar. Adlar, rayon adları, müxtəlif rəmzlər hamısı qanlı döyüşlərdən bir xatirədir, hamısı bir qəhrəmanlıq dastanıdır. Düşünürəm, görəsən bu yazını yazanlar sağdırmı, yoxsa onlar da Şahin kimi son nəfəslərini bu torpaqda verib. Yenə hönkürürəm və pıçıldayıram: “Şahin, mən gəlmişəm, sən gətirməsən də, özüm gəldim. Bəs, sən özün hardasan, görmürəm axı səni??”.

Oxumağa dəyər:   FHN Sabirabadda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Avtobus dağların üzük qaşı kimi dövrəyə aldığı Cıdır düzünə yaxınlaşır. Burada bizi üçrəngli müqəddəs şanlı bayrağımız və bayrağın keşiyində dayanan igid Azərbaycan əsgəri qarşılayır. Mənzərə o qədər əzəmətlidir ki, hamımız heyrətdən donub qalırıq. 

Artıq burdayam-həyat yoldaşımı şəhid verdiyim yerdəyəm. Aylardır arzuladığım və böyük ümidlərlə gəldiyim yer. Qəribə hisslər keçirirəm- ən böyük arzusuna çatmış adam kimi sevincliyəm, son ümidini itirmiş adam kimi kədərliyəm. Bir an mənə elə gəldi ki, Şahin Şuşanın səmasından mənə baxır, üzündə də bir sevinc, hüzur var. Sanki mənim də ürəyimə bir rahatlıq gəldi, sakitləşdim.

Sən mənim üçün, balaların üçün, Vətənin üçün hər zaman yaşayacaqsan, Şahin! Mən bilirəm ki sən yenə də Vətənin keşiyindəsən. Bu dəfə səngərdə olmasan da, səmadan qoruyursan Vətənini!

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Hadisə 28/01/2023 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Oxumağa dəyər:   Azərbaycan və Macarıstan prezidentlərinin təkbətək görüşü oldu

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Multimedia 28/01/2023 10:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Multimedia 28/01/2023 09:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.

TV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.

Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Multimedia 27/01/2023 23:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər  – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.

Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Multimedia 27/01/2023 21:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Tanınmış jurnalist Mirşahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.

Hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını qeyd edib.

“İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Multimedia 27/01/2023 20:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.

Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.

Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.

Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Oxumağa dəyər:   Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Hadisə 27/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

“Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 31/01/2023 01:20

Şəhidimizin tabutu İran əsgərlərinə belə etibar edilməyib – Video

Read more
Multimedia 30/01/2023 21:49

18 ildir kişi kimi yaşayır… – Video

Read more
Multimedia 30/01/2023 16:21

“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

Read more
Multimedia 30/01/2023 09:56

Amerikalı müğənni vəfat etdi – VİDEO

Read more
Multimedia 29/01/2023 22:53

Yaralılar Bakıya belə gətirildi – Video

Read more
Multimedia 29/01/2023 17:56

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Read more
Multimedia 29/01/2023 17:47

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Read more
Multimedia 29/01/2023 15:04

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 29/01/2023 06:59

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Read more
Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
Multimedia 26/01/2023 15:30

Daha 34 qazi polisdə işə qəbul edildi

Read more
Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
Multimedia 23/01/2023 10:59

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Read more
Multimedia 23/01/2023 09:29

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Read more
Multimedia 22/01/2023 12:44

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/01/2023 18:14

Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video

Read more
Hadisə 21/01/2023 13:53

Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO

Read more
Multimedia 21/01/2023 12:26

Polis Akademiyası kursant qəbulu elan etdi

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla