Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.