Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.
Hadisə yanvarın 31-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi “Ford” markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.