Sumqayıt şəhərində avtomibildən 1800 manat oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb.

İstinadlar Report