Sumqayıtda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.