2019.07.18, 21:53

Sumqayıt şəhərində  ölüm hadisəsi baş verib.

Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edlir.

Meyit axşam saat 19:40 radələrində tapılıb.

***

Dünən Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.

Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Polis zabitinin intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

İstinadlar Report, Publika