Sumqayıtda intihar hadisəsi baş verib
Hadisə şəhərin 4-cü mikrorayon ev 29/4 ünvnında qeydə alınıb. Belə ki, şəhər sakini Xaqani Kazımov özünü 5-ci mərtəbənin eyvanından ataraq intihar edib.
Onun meyiti səhər saatlarında binanın həyətində aşkar edilib. X. Kazımovun təxminən 45-50 yaşlarında olduğu bildirilir. İntihar zamanı o evdə tək olub.
Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (xeberle-com)
Azərbaycan24 sosial şəbəkələrdə