
“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb.
“Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.
“Azermirror” MMC-yə Sumqayıt Kimya #SənayeParkı-nın rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.#İnvestisiya dəyəri 11 milyon ₼-a yaxın olan… pic.twitter.com/gvbgHgn2Z8
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Report