Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsinə münasibət bildirib.

General-mayor Andrey Volkov deyib:

“Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq.

Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim generalştabın xəritələrində isə adlar sovet dövründə qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə elə də yazırıq.

İstinadlar Report