
İsveçrədə keçiriləcək Ukrayna üzrə Sülh sammitin yekunlarına dair birgə bəyanatda Moskva ilə münasibətlərə böyük önəm verən bir sıra dövlətlərin mövqeyinə görə Rusiyanın qoşunlarını işğal edilən Ukrayna ərazilərindən geri çəkməsi tələbi yer almayacaq.
Bəyanatda Volodimir Zelenskinin planının 10 müddəasından yalnız 3 bəndi yer alacaq.
Beləliklə, yekun bəyanatda Atom Elektrik Stansiyalarının və ərzaq təhlükəsizliyinin təmin edilməsi, məhbusların azadlığa buraxılması və uşaqların geri qaytarılması məsələləri öz əksini tapacaq.
Layihədə həmçinin, sülhə nail olmaq üçün bütün tərəflərin, həmçinin Rusiyanın bu məsələ ilə bağlı müzakirələrdə iştirakının vacibliyi vurğulanacaq.
İsveçrənin xarici işlər naziri İqnasio Kassis mətbuat konfransında deyib: “Bütün tərəflər Ukrayna üzrə sülh dialoqunda Rusiyanın iştirak etməsinin zəruriliyi ilə razıdır, lakin bunun nə vaxt baş tutmasına dair konsensus yoxdur.