Prezident İlham Əliyev Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.