
Son üç gündə Sudanın iki kəndinə yaraqlıların hücumları nəticəsində 200-dən çox dinc sakin həlak olub.
Hücumlar Çevik Dəstək Qüvvələri tərəfindən törədilib.
“Çevik Dəstək Qüvvələri silahsız mülki şəxslərə hücum edib, məhkəmədənkənar edamlar həyata keçirib, adam oğurluğu və kütləvi qarətlər törədib”, – Sudanda münaqişə başlayandan bəri insan hüquqları pozuntularını sənədləşdirən hüquqşünaslar bildiriblər.
Onlar həmçinin vurğulayıblar ki, hücumlar zamanı evlərin və infrastrukturun dağıdılması ölkədəki humanitar böhranı daha da ağırlaşdırır.