Sudanda iyul ayından davam edən leysan yağışlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

Sudan Səhiyyə Nazirinin müavini Süleyman Adbud Cabbar bildirib ki, yağış və sel bütün ölkəni bürüyüb.

Sudanın Humanitar Yardım Komissiyası 194 min insanın leysan yağışlarının təsirinə məruz qaldığını və 37 mindən çox evin dağıldığını açıqlayıb.

İstinadlar Report