Sudanda keçid hökuməti ilə Sudan Xalqının Azadlıq Hərəkatı – Şimal (SPLM – N) qrupu arasında gələcək danışıqlara dair yol xəritəsi imzalanıb.

Ötən gün Cənubi Sudanın paytaxtı Cübədə imzalanan sənəddə tərəflər əvvəla siyasi, daha sonra humanitar və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparacaqlarını ifadə ediblər.

Bu sənədin Sudan İdarə Şurası ilə Cənubi Sudanla sərhəd boyu fəaliyyət göstərən müxtəlif usyançı dəstələrlə bazar ertəsi günü bərpa edilmiş sülh danışıqları çərçivəsində imzalandığı bildirilir. Ölkədə sülhün bərqərar olunması ABŞ tərəfindən Sudanın “terrorçuluğun sponsoru ölkələr” siyahısından çıxarılması üçün ilkin şərt olaraq irəli sürülüb.

Çərşənbə günü Göy Nil və Cənubi Kordofan əyalətlərində fəaliyyət göstərən SPLM – N tərəfindən “Çevik Dəstək Qüvvəsi” adlı yarıhərbi birləşməni yeni ərazilər zəbt edərək tacirlərə hücum etməkdə günahlandırıldıqdan sonra danışıqlar qismən dayandırılmışdı.

İstinadlar Report