Sudanın şərqində etiraz aksiyasının iştirakçıları ölkə paytaxtı Xartumla Xayya şəhərlərinin birləşdiyi ərazidə yerləşən neft kəmərini bağlayıb.

Məlumatı Beca tayfasının Ali Şurası feysbuk səhifəsində yayıb.

“Şərqdəki inqilabçılar Ali Şuranın qərarı ilə Xayya-Xartum neft kəmərini bağlayıb”, – Şura bildirib.

Məlumata görə, etirazçılar Xayyadakı dəmir yoluna nəzarəti də ələ keçiriblər. Bu yol Qırmızı dəniz sahilində yerləşən Port Sudana və başqa əhəmiyyətli limanlara uzanır.

İstinadlar Report