
Sudandakı münaqişə qurbanları üçün humanitar yük daşıyan ilk təyyarə enib.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Sudan bölməsi tviterdə məlumat yayıb.
Yükün 8 ton zəruri tibbi ləvazimatdan ibarət olduğu bildirilir. Humanitar yardımın Xartumdakı xəstəxanalara, eləcə də toqquşmalarda zərərçəkənlərə ilkin tibbi yardım göstərən Sudan Qızıl Aypara Cəmiyyətinə göndəriləcəyi gözlənilir.
BQXK-dan onu da bildiriblər ki, yaxın vaxtlarda həkimlər və dərman preparatlarından ibarət ikinci təyyarənin yola salınması planlaşdırılır.
Daha əvvəl BQXK-nın informasiya direktoru “Al Arabiya”ya bildirib ki, təşkilat Sudanın paytaxtı Xartumdakı ofisindən işçilərini evakuasiya etmək qərarına gəlib.