AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • KİV: “Netanyahu əleyhinə minlərlə etirazçı İsrail parlamenti qarşısında toplaşıb”
  • Vaşinqton İsraildəki durumla bağlı narahatlığını bildirib
  • Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib
  • Bakıda 23 yaşlı qadın motosikletçi qəza törədib
  • Bolqarıstan Ukraynaya 2,5 mlrd avro dəyərində silah tədarük edib
  • İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb
  • KİV: “General Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb”
  • Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb
  • İngiltərədə boru kəmərindən neft sızması olub
  • “Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib
  • KİV: “Netanyahu əleyhinə minlərlə etirazçı İsrail parlamenti qarşısında toplaşıb”
  • İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb
  • Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb
  • “Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib
  • Ramazanın beşinci gününün duası – İmsak və iftar vaxtı
  • Hər zərbə bir zəlzələ qurbanının xilası üçün… – Fotolar
  • Prezident və xanımı “Qarabağ – Qalatasaray” oyununda
  • Cenevrədə Novruz bayramı qeyd edildi
  • Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib
  • Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb
  • Azarkeşləri daşıyacaq avtobuslar hazırdır
  • Putin Ukraynaya səfərindən danışıb: “Kəməri bağlamadım ki, nəsə olsa avtomobildən tez düşə bilim”
  • “Rusiya sülhməramlılarının addımları Putinin imzası olan üçtərəfli bəyanata ziddir” – RƏY
  • Vuçiç Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqları gözləyir
  • Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti – Baxmutda son vəziyyət necədir?
  • Sergey Lavrov: “ABŞ bütün sərhədləri aşıb”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video
02/02/2023 15:08
Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
25/03/2023 22:29
Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video
25/03/2023 19:02
Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video
25/03/2023 10:35
“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
25/03/2023 09:47
Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO
24/03/2023 17:14
Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO
24/03/2023 13:50
“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
23/03/2023 12:08
58 gün sonra 55 yaşında… – Video+Fotolar
23/03/2023 00:20
Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
22/03/2023 21:38
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
21/03/2023 18:26
Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
20/03/2023 22:32
Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO
20/03/2023 20:38
“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
20/03/2023 18:35
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO
20/03/2023 14:23
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
20/03/2023 12:37
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO
20/03/2023 11:11

Video xəbərlər

  • Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
  • Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video
  • Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video
  • “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
  • Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

27/03/2023
03:41 KİV: “Netanyahu əleyhinə minlərlə etirazçı İsrail parlamenti qarşısında toplaşıb”
03:11 Vaşinqton İsraildəki durumla bağlı narahatlığını bildirib
02:56 Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib
02:17 Bakıda 23 yaşlı qadın motosikletçi qəza törədib
01:50 Bolqarıstan Ukraynaya 2,5 mlrd avro dəyərində silah tədarük edib
01:08 İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb
01:02 KİV: “General Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb”
00:05 Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb
26/03/2023
23:47 İngiltərədə boru kəmərindən neft sızması olub
23:23 “Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib
22:58 34 yaşlı qadın siçan dərmanından zəhərləndi
22:56 Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub
22:47 Bayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq
22:26 KİV: Netanyahu müdafiə nazirini istefaya göndərib
22:14 Ramazanın beşinci gününün duası – İmsak və iftar vaxtı
21:50 Çavuşoğlu BMT-nin Baş katibi ilə “taxıl sazişi”ni müzakirə edib
21:31 Hər zərbə bir zəlzələ qurbanının xilası üçün… – Fotolar
21:11 Xerson vilayətində 4 dinc sakin minaya düşüb
20:14 Göygöldə avtomobil maneəyə çırpılıb, ölən var
20:05 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib 
20:02 Prezident və xanımı “Qarabağ – Qalatasaray” oyununda
19:50 Türkiyə zəlzələlərin sənayeyə dəymiş ziyanının məbləği açıqlanıb
19:29 Yaponiyada güclü zəlzələ olub
19:14 Cenevrədə Novruz bayramı qeyd edildi
19:08 Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib
19:06 Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb
18:01 Azarkeşləri daşıyacaq avtobuslar hazırdır
17:59 NATO: “Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsiz yanaşmadır”
17:41 Aİ Rusiya və Belarusa xəbərdarlıq edib: “Sanksiyalarla cavab verəcəyik”
17:38 Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uğrayıb, azı 10 nəfər ölüb
17:25 Ukrayna XİN Belarus xalqına müraciət edib
17:23 Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var
17:05 Putin Ukraynaya səfərindən danışıb: “Kəməri bağlamadım ki, nəsə olsa avtomobildən tez düşə bilim”
16:44 Vaksinasiya ilə bağlı son vəziyyət
16:41 Yoluxanların sayı açıqlandı
16:20 Sloveniyada Rusiyaya casusluq edən 2 nəfər saxlanılıb
16:11 “Rusiya sülhməramlılarının addımları Putinin imzası olan üçtərəfli bəyanata ziddir” – RƏY
16:08 Rusiya Prezidenti: “Qərb bütün qırmızı, hətta tünd qırmızı xətləri keçir”
15:41 Vuçiç Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqları gözləyir
15:11 Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti – Baxmutda son vəziyyət necədir?
15:07 Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:05 Həftənin ilk üç gününün havası
14:56 Sergey Lavrov: “ABŞ bütün sərhədləri aşıb”
14:32 Azərbaycan səfiri: ” TAP-ın genişləndirilməsi mükəmməl addımdır”
14:29 Bakıda evdə yanğın oldu – 2 nəfər xəsarət aldı
14:26 Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:20 Papa bu dəfə kurtkası ilə gündəm oldu – Foto
14:14 Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
13:44 Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 faiz artıb
13:32 “Bu, haylara, eləcə də İrana ibrət dərsidir”
13:29 Masallı sakini Bakıda döyülüb
13:20 Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
13:14 Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
12:50 Hamburqda atışma olub, ölənlər var
12:38 Ukrayna Prezident Ofisi: “Putin uduzduğunu və qorxduğunu etiraf edir”
12:35 Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:32 Sabahın havası açıqlandı
12:11 Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil”
12:05 “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:47 Mikroavtobus süpürgəçiləri vurdu – Ölən və yaralanan var

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Sudan qanunsuz istifadə edənlər aşkarlandı – Video

Multimedia 02/02/2023 15:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə təmin olunduğu bəlli olub.

 Təsərrüfat sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş.

Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Oxumağa dəyər:   Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

Multimedia 25/03/2023 22:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.

Bu barədə “Fox News” məlumat yayıb.

Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.

“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk. Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram… Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Multimedia 25/03/2023 19:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.

“Azəriqaz”dan verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun  çərçivəsində tədbirlər görüləcək” – “Azəriqaz”ın açıqlamasında bildirilir.

Daha ətraflı video materialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Multimedia 25/03/2023 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

“Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – rəsmi məlumatda bildirilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Multimedia 25/03/2023 09:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, İsmayıllıda zəlzələ baş verib.

Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.

Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.

Ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Multimedia 24/03/2023 17:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO

Multimedia 24/03/2023 13:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

Multimedia 23/03/2023 12:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə başladılan “Başdan ayağa” aksiyası artıq bölgələr üzrə işini davam etdirir.

Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri bayram günlərində İdarənin qəza xidmətinin əməkdaşlarına dəstək olmaq məqsədi ilə abonent tərəfindən daxil olan müraciətin birinin icrasını öz üzərinə götürüblər.

Ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

58 gün sonra 55 yaşında… – Video+Fotolar

Multimedia 23/03/2023 00:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.

Onun qəfil faciəvi şəkildə ölümü incəsənət aləmində olan dostları üçün də sarsıdıcı olub.

Sənət aləmindən söz düşmüşkən, Oqtay Əliyev son olaraq xanımı Dilarə Əliyeva ilə birgə Əməkdar artist Tünzalə Əliyevanın dəfn mərasimində iştirak edərkən görüntülənmişdi.

Oqtay Əliyev elə dəfn mərasimində “Qafqazinfo”ya açıqlama verərək “Toppuş bacı”nın ölümündən kədərləndiyini bildirmişdi. T.Əliyeva barəsində “Allah rəhmət eləsin!” deyən rejissor onun üçün bu kəlməni işlətdiyinə inanmadığını demişdi.

Təəssüf ki, həmin dəfn mərasimindən 58 gün sonra 55 yaşlı Oqtay Əliyevin özü barəsində “Allah rəhmət eləsin!” cümləsi işlədirilir.

Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə “SOY” prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. 





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Multimedia 22/03/2023 21:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək.

Bu barədə Güney Azərbaycan türklərinin yaydığı çağırışda deyilir.

Çağırışda bildirilir ki, “Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir:

“Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq! Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq”.

Daha sonra qeyd edilir ki, mitinqdə İran rejiminin son aylarda ortaya çıxan narazılıqları qanla basdırmasına etiraz ediləcək:

“İran rejiminin son aylarda qətlə yetirdiyi 500-dən çox etirazçının böyük qismi türklərdən ibarətdir. Güney Azərbaycan türklərinin səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır”.

Çağırış müəllifləri, “biz Güney Azərbaycan türkləri olaraq, belə bir gündə Quzey Azərbaycan, Türkiyə və bütün türk dünyasından olub Avropada yaşayan soydaşlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik. Bu gün bütün türklərin İran-fars faşizminin qarşısında tək vücud olduğunu göstərmək günüdür. Bütün türk dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün”, – deyir.

Oxumağa dəyər:   Cenevrədə Novruz bayramı qeyd edildi

Çağırış “Yaşasın Azərbaycan!”, “Yaşasın türk dünyası!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarları ilə bitir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Multimedia 21/03/2023 18:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.

İşlər artıq yekunlaşmaq üzrədir.

Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Multimedia 20/03/2023 22:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.

Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.

Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.

Oxumağa dəyər:   Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib

Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.

Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Multimedia 20/03/2023 20:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sürücülərdən qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Saatından asılı olmayaraq texniki müayinə mərkəzlərində rahatlıqla texniki baxışdan keçmə imkanı yaradılıb.

Texniki Müayinə Mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün ayrıca qəbul pəncərəsi fəaliyyətə başlayıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Multimedia 20/03/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi RPİ, eləcə də ərazi polis şöbə və bölmələri rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti dəfə əməliyyat keçirib.

Əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olmaları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib, daha 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa dəyər:   Braziliya Prezidenti həkim məsləhəti ilə Çinə səfərini təxirə salıb

Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Multimedia 20/03/2023 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Oxumağa dəyər:   Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 faiz artıb

Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 11:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 25/03/2023 22:29

Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

Read more
Multimedia 25/03/2023 19:02

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Read more
Multimedia 25/03/2023 10:35

Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Read more
Multimedia 25/03/2023 09:47

“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Read more
Multimedia 24/03/2023 17:14

Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Read more
Multimedia 24/03/2023 13:50

Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO

Read more
Multimedia 23/03/2023 12:08

“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

Read more
Multimedia 23/03/2023 00:20

58 gün sonra 55 yaşında… – Video+Fotolar

Read more
Multimedia 22/03/2023 21:38

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Read more
Multimedia 21/03/2023 18:26

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Read more
Multimedia 20/03/2023 22:32

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Read more
Multimedia 20/03/2023 20:38

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Read more
Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
Multimedia 14/03/2023 17:47

Bakıda qumbara tapıldı – Video

Read more
Hadisə 14/03/2023 15:53

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Read more
Hadisə 14/03/2023 11:57

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Read more
Hadisə 14/03/2023 10:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Read more
Multimedia 14/03/2023 06:29

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Vdieo – VİDEO

Read more
Multimedia 13/03/2023 19:32

Qəbələdəki meşə yanğını söndürüldü – Video +

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla