Şəkidə qadın sirkə turşusu içərək zəhərlənib.

Rayonun Qaratorpaq kənd sakini, 1972-ci il təvəllüdlü Sevda Yusif qızı Abbasova zəhərlənmə əlaməti ilə Şəki rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Müayinə zamanı məlum olub ki, S. Abbasova su əvəzinə, bilmədən sirkə turşusu içib.

Xəstəxanada qadına lazımi tibbi yardım göstərilib. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Mübariz Muradov

İstinadlar Qafqazinfo