
“Almet Holding” ASC və STP Şirkətlər Qrupu arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. Tərəflərin imzaladığı müqaviləyə əsasən “Almet Holding”in törəmə şirkəti olan “ASPM” MMC, sözügedən zavodda armaturun istehsalını həyata keçirəcək.
STP Şirkətlər Qrupundan verilən məlumatda, zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensial və təcrübələrinin birləşdirilməsi zavodun fəaliyyətinə müsbət təsir göstərmiş olacaq.