NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləməsini alqışlayıb.

Bu barədə NATO-nun mətbuat xidməti Baş katibin müvafiq şərhini yayıb.

“Bu qanun layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram. Bu, Ukraynaya ikipartiyalı dəstəyin davamlı olduğunu nümayiş etdirir. Yardımın bu əhəmiyyətli artımı avropalı müttəfiqlərin Ukraynaya verdiyi on milyardlarla yardımı tamamlayacaq”, – o deyib.

Stoltenberq xatırladıb ki, aprelin 19-da NATO-Ukrayna Şurasının iclasında NATO müdafiə nazirləri Ukraynaya həm də hava hücumundan müdafiə sahəsində əlavə hərbi dəstək verməyə razılaşıblar.

İstinadlar Report