
NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Böyük Millət Məclisinin (TBMM) Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul etməsini alqışlayıb.
Y.Stoltenberq bu barədə tvitterdəki hesabında yazıb
“Türkiyə Böyük Millət Məclisinin Finlandiyanın (NATO-ya – red) üzvlüyünün ratifikasiyasını başa çatdırmaq üçün səsverməsini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”, – Stoltenberq qeyd edib.
Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.