“Rusiya neft və qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır”.

Bunu NATO baş katibi Yens Stoltenberq Madriddə NATO-nun ictimai forumunda deyib.

“Ukraynadakı müharibə avtoritar rejimlərin əmtəələrindən hədsiz dərəcədə asılı olmaq təhlükəsini göstərir. Rusiyanın enerjidən məcburiyyət silahı kimi istifadə etməsi onun neft və qazından sürətlə uzaqlaşmaq zərurətini ortaya qoyur”, – Stoltenberq bildirib.

Onun fikrincə, alyans ölkələri bir asılılığı digəri ilə əvəz etməməlidir.

İstinadlar Report