
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə sərhəddəki vəziyyətlə bağlı Estoniya ilə həmrəy olduğunu bildirib.
O, bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.
“Estoniyanın Baş naziri Kallas ilə danışdım. NATO müttəfiqimiz Estoniya ilə onun suverenliyinə istənilən təhdidə qarşı həmrəydir”, – Baş katib yazıb.